Biologiya
(Bios - canlı, logos - elm) - canlı təbiət haqqında kompleks elm- hal hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsi haqqında. Biologiya həyatın xas olan ümumi və fərdi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu şöbələrinin olmasına baxmayaraq qanunauyğunluqlar əsasən Ümumi Biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə əsasən Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), Molekulyar Biologiyanı, İnsan haqqında nəzəriyyəni, Ekologiyanı, Genetikanı, Biosfer haqqında nəzəriyyəni, Təkamül nəzəriyyəsini (Darvinizmi), Orqanizmin individual inkişafını öyrənir